İdman

Fatih Kavlakın əvəzinə Cüneyt Biçər

“Xəzər Lənkəran” və “Bakı”nın sabiq baş məşqçisi Cüneyt Biçər Türkiyə çempionatının III divizionunda çıxış edən “Kocaelispor”un baş məşqçisi təyin edilib.
 
İdmanxeber.com-un məlumatına görə, 42 yaşlı mütəxəssis bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakı əvəzləyib.
 
Qeyd edək ki, Biçər 2010-cu ildə “Bakı”nın, 2012-ci ildə isə “Xəzər Lənkəran”ın baş məşqçisi olub. Kavlak isə 2011/12 mövsümündə “Qəbələ”nin sükanı arxasında olub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43