İdman

Ronaldodan növbəti rekord

“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

 

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Ronaldo bu turnirin yarımfinalında keçirilən “Əl-Cəzirə”yə qarşı qalib gəldikləri matçda (2:1) fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.

 

Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43