Dünyadan

Fatih Terim Kosovo ilə oyun öncəsi 4 futbolçunu heyətdən çıxardı – FOTO

DÇ-2018 seçmə mərhələsi çərçivəsində bu gün Kosovo ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişikliklər olub.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Fatih Terim 27 olan futbolçu sayını 23-ə endirib. Belə ki, gənc futbolçular Çağlar Söyüncü, Bilal Başakçıoğlu, Enes Ünal və Okay Yokuşlu heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, ay-ulduzlular bu gün qrupda ilk qələbəsini qazanmağa çalışacaq. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43