Dünyadan

Kərim Benzema İstanbulda – FOTO

Real Madridin ulduz futbolçusu Kərim Benzema İspaniyadan Türkiyəyə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Türk Hava Yollarına aid xüsusi təyyarə ilə Madriddən İstanbula gecə gec saatlarda gələn Benzemanı Atatürk Havalimanında məşhur menecer Ümid Akbulut qarşılayıb. Havalimanı işçilərinin foto çəkdirmə istəyini geri çevirməyən məşhur hücumçu xüsusi maşınla havalimanından ayrılıb.

Milli matçlardan dolayı yaranan fasilədən fürsət tapan fransız futbolçu İstanbula məşhur futbolçuların aralarında olduğu menecerlik və təşkilat şirkətinə ortaq olmaq üçün gəldiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43