Dünya futbolu

Fatih Terim məğlubiyyətdən danışıb: “Azarkeşlərin qürur duyacağı bir oyun oynadıq”

Fatih Terim oyundan sonra fikirlərini bölüşüb.

Dünən Çempionlıar Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə “Porto”nun qonağı olan “Qalatasaray” matçdan 1:0 hesabı ilə məğlub ayrılıb. Oyundan sonra keçirilən mətbuat konfransında “sarı-qıırmızılar”ın baş məşqçisi Fatih Terim oyundan razı qaldığını bildririb:

“Çox təəssüf ki, məğlub olduq. Buna görə çox məyusam. Ancaq məni sevindirən odur ki, azarkeşlərin qürur duyacağı bir oyun oynadıq.  Bu gün çox fərqli nəticə ola bilərdi. Məğlubiyyəti haqq etdiyimizi düşünmürəm. Hələ heçnə itirilməyib. Lakin bu cür oyundan sonra məğlub olmaq  bizə çox pis təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43