Kateqoriyasız

Fatih Terimin “Kadir Has” uğuru davam edir: Azərbaycanla start, Andora ilə davam

DÇ-2014-ün eçmə mərhələsi çərçivəsində Türkiyə millisi bu gün Andora ilə qarşılaşacaq. 

Fatih Terimin yenidən milliyə başçılıq etməsi qardaş ölkə azarkeşlərini sevindirməyə bilməz.

Oyunun keçiriləcəyi "Kadir Has" stadionununda Türkiyə millisi Fatih Terimin başçılıqı altında ilk dəfə debütü məhz milli komandamızla etmişdi. Belə ki, AÇ-nin qrup oyununda, 2 il bundan öncə Kayseridəki bu arenada üz-üzə gələn komandaların duelində məhz sevinən tərəf Terimin başçılıq etdiyi "ay-ulduzlular" olmuşdu. 

Bundan sonra isə Estoniya ilə "Kadir Has"da qarşılaşan Türkiyə seçməsi 4:2-lik kimi qələbə qazanmışdı. Bugünkü oyun isə Terimin başçılıqı altında Türkiyə millisinin bu arenada 3-cü qarşılaşması olacaq. 

Terim bizim milliylə bu arenada uğurlu startının davamını Andora ilə qarşılaşmada da davam etdirmək niyyətindədi. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43