Ölkə futbolu

Toşak: “Bakı”nı Lənkərandan əliboş yola salmalıyıq!”

Premyer Liqada yaranan fasilə zamanı Qəbələdə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” ötən gün səhər məşqindən sonra sərbəst buraxılıb. Azerisport.az xəbər verir ki, komanda saat 10:30-da “Qəbələ” klubunun futbol akademiyasına məxsus meydançada məşqə çıxıb.

Bir saat davam edən fiziki hazırlıqdan sonra futbolçular daha 30-dəqiqə taktiki çalışmalarla məşğul olublar. Məşq bitəndən sonra baş məşqçi Con Toşak futbolçularla qısa söhbətində bunları deyib:

“Arxada qalan oyunlardan nəticə çıxarmaqla uğursuzluğu unutmaq və “Bakı” ilə matçda mütləq qələbə qazanmaq lazımdı. Kollektiv olaraq özümüzə inanmalıyıq. Bu istirahət günlərinin ardından sentyabrın 9-da Lənkəranda toplanıb instensiv hazırlığımızı davam etdirəcəyik. “Bakı” komandasını Lənkərandan əliboş yola salmalıyıq. Artıq geriyə yol yoxdu”.

Qeyd edək ki, məşqdən sonra “Xəzər Lənkəran” Qəbələni tərk edərək Bakıya yollanıb. Komanda qarşıdakı 3 gündə  istirahət edəcək. 

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43