Ölkə futbolu

“Lans”ın baş məşqçisi “Bakı”nın futbolçularına məşq keçdi – VİDEO

Artıq Fransa da olan “Bakı”nın U-15 komandası ötən gün “Lans” klubunun təlim-məşq bazasında ilk məşqini keçirib. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, məşqdən öncə futbolçulara “Lans”ın forması hədiyə olunub və onlar hədiyə olunmuş formalarda məşqə çıxıblar.

Təlim-məşq “Lans”ın U-15 komandasının baş məşqçisi Herve Arsene rəhbərliyi altında keçirilib. İlk təlim texniki xarakter daşıyıb.

Məşqlərin gündə iki dəfə keçirilməyi planlaşdırılır. Təlimlərdə əsasən texniki və taktiki momentlərə diqqət yetiriləcəkdir.

Qeyd edək ki, bakılılar sabah axşam yerli vaxtla saat 19:00-da “Lans” FK-nın Akademiyasında “Lans” və Belqiyanın 1-ci liqasının “Mons” komandası arasında keçiriləcək dostluq matçını izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43