Dünyadan

“Fənərbağça”nın futbolçuları görün nə etdi – FOTO+VİDEO

“Fənərbağça”nın futbolçusu Raul Meyreleş yenə gündəmə düşməyi bacardı.

Bir neçə müddət bundan əvvəl sosial şəbəkələrdə “Fənərbağça”nın Raul Meyreleş və Bruno Alveşə oxşayan 2 azarkeşinin şəkilləri yayılmışdı. Gündəmə düşən azarkeşlərə cavab olaraq, portuqalıyalı ulduzlar maraqlı addım atıblar. Belə ki, Meyreleş və Alveş həmin şəkili öz üzərilərində canlandırmağa çalışıblar. Bunun üçün Alveşə bığ lazım idi. Meyreleş komanda yoldaşını qrimləyərək, bu işin öhdəsindən layiqincə gəlib. Bundan sonra onlar kamera önünə çıxıblar. Amma burda da Meyreleşin boyu Alveşdən fərqlənəcək dərəcədə balaca olmalı idi. Meyreleş bunun da öhdəsindən gəlib. Bunun üçün o, dizləri üstə duraraq, şəkil çəkdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43