Ölkə futbolu

Suarez hara, Cavadov hara – ARAŞDIRMA

2013-cü il artıq geridə qaldı. Bu həm də Avropada çempionatların yarısını tamamlanması ilə nəticələndi. İndiyə qədər klubların heyətində ən çox qol vurmuş oyunçuları nəzərinizə çatdıracayıq. Əvvəlcədən qeyd edek ki, statistika 31.12.2013-cü ilə qədər olan tarixə aiddir.
***
İngiltərə Premyer Liqasında hələ ki, ən sərrast futbolçu "Liverpul"un uruqvaylı legioneri Luis Suarezdi. Suarez meydana çıxdığı 14 oyunda 19 qol vurmağı bacarıb. Qol vurmağı yaxşı bacaran futbolçu, assistlə də yadda qalıb – 5 assist. Ümümilikdə qapılara isə 84 zərbə endirib.
***
İspaniya La Liqasında vəziyyət bir az fərqlidir. Burada bombardilik siyahısının zirvəsində nə Ronaldo var, nə də Messi. "Atletiko"nun (Madrid) heyətində gözəl çıxış edən Dieqo Koşta 17 oyuna 19 qol vurub və 1 assist edib. Bu nəticəyə futbolçu qapılara 57 zərbə endirməklə nail olmuşdur.
***
Almaniya Bundesliqasında isə zirvəni 2 futbolçu bölüşür. Bunlar "Borrusiya"dan (Dortmund) Robert Levandovski və "Herta Berlin"li Adrian Ramosdur. Hər iki futbolçu 17 oyuna 11 qol vurub. Levandovski 4 assist edib və qapılara 67 zərbə endirib. Ramos isə 3 assist etməklə bərabər, qapılara 51 zərbə endirmişdi.
***
İtaliya A seriyasının "snayperlər" cədvəlinə isə "Fiorentina" hücumçusu Cüzeppe Rossi başçılıq edir. "Bənövşəylilər"in forvardı 17 dəfə meydana çıxıb ki, bu oyunlarda da 14 qol vurub, 3 məhsuldar ötümrə edib və qapılara 57 zərbə endirib.
***
Fransa Liqa 1-də Zlatan İbrahimoviç küləyi əsir. İsveçli forvard vurduğu qollarla həm komandasını lider mövqeydə saxlayır, həm də bombardirlər cədvəlinə rəhblərlik edir. İbra 18 oyuna 15 qol, 6 məhsuldar ötürmə edib. Qapılara isə 90 zərbə endirib.
***
Belçika Pro-Liqasında "Standart" klubunun Konqo əsilli futbolçusu Mişi Baçuay 20 yaşı olmasına baxmayaraq bu siyahını 14 qolla zəbt edib.
***
Yunanstan Super Liqasında "Olimpiakos"un futbolçusu Kostantinos Mitroqlunun uğurlu çıxışı davam edir. Futbolçu mövsümün yarısına qədər 14 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.
***
Rusiya Premyer Liqasında "Rostov" klubunun yeni transferi Artyom Dzyuba ümidləri doğrultmağı bacarıb. Rusiyalı futbolçu 10 qolla yadda qalıb.
***
Türkiyə Super Liqasında "Beşiktaş"ın futbolçusu Huqo Almeyda daha yaxşı təsir bağışlayır. Portuqaliyalı ulduz 11 dəfə adını tabloya yazdırıb.
***
Sonda isə Azərbaycan Premyer Liqasına nəzər yetirmək istərdik. Ulduzu yenidən parlayan millimizin və "İnter" klubunun futbolçusu Vaqif Cavadov ən yaxşı nəticəyə sahibdir. Cavadov vurduğu 9 qolla Premyer Liqanın lideridi.
Göründüyü kimi, digər çempionatlarda bombardirlər minimum 10 qolluq barajı aşıblar. Azərbaycan çempionatının səviyyəsi isə göz qabağındadı – 18 oyuna 9 qol.

RAMİD MİRZƏYEV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43