Dünya futbolu

Ferquson: “Azərbaycan millisi evdə xal itirmək istəməyəcək”

Şimali İrlandiya millisinin üzvü Şeyn Ferquson DÇ-2018-in seçmə mərhələsinə yığmamızla Bakıda keçiriləcək görüş haqda fikirlərini bildirib.

Ferquson onları Bakıda çətin oyun gözlədiyini deyib:

“Qol vurmağın üzərində çox çalırşıq. Əsas “silah”ımız budur. Ümid edirəm ki, Azərbaycanda qol imkanlarımızı dəyərləndirə biləcəyik. Baş məşqçinin etimadını doğrultmaq üçün üzərimdə işləyirəm. Bakıdakı görüşdə meydanda olmaq istəyirəm. Bizi ağır oyun gözləyir”.

25 yaşlı hücumçusu komandamızı qiymətlənirməli olduqlarını vurğulayıb: “Azərbaycanın çox sərt oynayacaq. Evdə xal itirmək istəməyəcəklər. Yaxşı nəticə qazanmağa çalışacaqlar. Belfastdakı matçdan sonra statistik göstəricilərdə Azərbaycanın topa daha çox sahib olduğunu görmüşdük. Deməli, rəqibi qiymətləndirməmək olmaz”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43