Dünya futbolu

Joze Mourinyo: “Real”la oynamaq şərəfdir”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo UEFA superkubokunda “Real”la keçirəcəkləri oyun haqda açıqlama verib.

Portuqaliyalı mütəxəssis Madrid klubu ilə matçıb onlar üçün şərəf olacağını deyib:

“Avropanın ən yaxşı komandasına qarşı oynamaq şərəfdir. Bu, bizim üçün böyük fürsətdir. Oyunçularımın çoxu üçün Çempionlar Liqası öncəsi yaxşı təcrübə olacaq. Bundan başqa, mövsümün əvvəli “Barselona” və “Mançester Siti” ilə yoxlama matçlarımız olacaq”.

Qeyd edək ki, “Real” – “Mançester Yunayted” görüşü avqustun 8-i Skopyedə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43