Dünya futbolu

“Feyenoord”u “Başakşehir”ə dəyişdi

Son mövsüm Türkiyə Superliqanın gümüş medallarını qazanan “Başakşehir” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu “Feyenoord”un yarımmüdafiəçisi Eljero Elianı heyətinə qatıb.

Surinam əsilli hollan futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu keçid “Başakşehir”ə 1,2 milyon avroya başa gəlib.

Qeyd edək ki, Elias daha əvvəl “Tvente”, “Hamburq”, “Yuventus”, “Verder” və “Sautgempton” kimi klubların formasını geyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43