İdman

FİFA-dan “Barselona”nın futbolçusuna rədd cavabı

FİFA İspaniyanın “Barselona” klubunun futbolçusu Munir EL Haddadinin Mərakeş millisində oynamaq istəyini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya milli komandasında bir matçda iştirak edən hücumçu DÇ-2018-də Mərakeş yığmasında çıxış etmək üçün FİFA-ya müraciət etsə də, onun bu istəyi reallaşmayıb.

İspaniyanın “Alaveş” klubunda icarə əsasında çıxış edən 23 yaşlı futbolçu 2014-cü ildə İspaniya milli komandasının formasını geyinib. O, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Makedoniya millisini 5:1 hesabı ilə məğlub etdikləri matçda 13 dəqiqə meydanda olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43