Kateqoriyasız

FİFA prezidenti “Qarabağ”ı təbrik etdi

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə  məktub ünvanlayıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Blatter məktubda “Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43