Ölkə futbolu

Rövnəq Abdullayevin bir açıqlamasının “fəsadları”: “Rəvan”da kütləvi gediş

AFFA rəhbəri Rövnəq Abdullayevin son açıqlamasının ardından “Rəvan”ın birinci divizionda mübarizə aparacağı dəqiqləşib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Abdullayevin bu açıqlaması “aslanlar”da kütləvi gedişə səbəb olub.

Məsələ burasındadır ki, “Rəvan”ın Premyr Liqada qalmasına ümid edən bir nçə futbolçu bunun reallaşmadığını görüncə, klubu tərk etmək qərarına gəliblər. Beləliklə Orxan Lalayev, Cəmşid Məhərrəmov, komandanın kapitanı Novruz Məmmədov, Kamal Bayramov, Elvin Həsənəliyev, Ayaz Mehdiyev, habelə müqaviləsi bitən Kamil Nurəhmədov və Ramazan Abbasov özünə yeni klub axtaranlar siyahısındadırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43