İdman

FİFA reytinqi: Fələstin və Benin yığmaları Azərbaycanı qabaqladı

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, avqust ayındakı siyahı ilə indiki arasında ciddi fərqlərin olduğunu söyləmək mümkündü. Bu dəyişikliklərə DÇ-2018-in seçmə mərhələsinin və baş tutan yoxlama oyunları təsir edib. Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.

Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.

13 pillə geriləyən Azərbaycan millisi Syerra-Leoneni keçsə də, Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri qalıb. 

Millimiz və “qonşular”ı

88 (91). Benin – 400
88 (102). İraq – 400
88 (82). Keniya – 400
91 (93). Fələstin – 389
92 (79). Azərbaycan – 388
93 (89). Farer adaları – 384
94 (92). Qvineya-Bissau – 381
95 (81). Konqo – 378

96 (95). Kanada – 368


Qeyd edək ki, FİFA reytinqində başçılığı Almaniya ələ keçirib. Onlar braziliyanın liderliyini əlindən alıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43