Kateqoriyasız

“Fırtınalar meydanı”nda son durum: “Ot örtüyü hələ indiyə kimi olmayan bir formaya gələcək”

Milli komandaların oyunlaır ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən "Xəzər Lənkəran" maksimum yararlanmağa çalışır.

Klubun icraçı direktoru Höccət Hacıyevin İdmanxeber.com-a veridiyi məlumata görə, stadionun ot örtüyü ideal formaya gətirilir:

"Yeni toxum əkmişik. Sentyabrın 27-də ev oyunumuz var. O vaxta kimi stadionu hazırlayacağıq. Ot örtüyü hələ indiyə kimi olmayan bir formaya gələcək. Hələ ki, vaxtımız var".

Qeyd edək ki, "Xəzər Lənkəran" fasilədən sonra ilk ev oyununu sentyabrın 27-də, "Zirə"yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43