Dünyadan

FLAŞ! “Qalatasaray”dan 3 transfer birdən: Bu gün müqavilə bağlayırlar

“Qalatasaray” 3 futbolçunu birdən transfer edir.

İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom” “Napoli”dən Blerim Dzemaili, Pandev və “Əskişəhərspor”dan Tarık Çamdalı ilə bu gün müqavilə bağlayacaq. 

“Qalatasaray” transfer pəncərəsinin bağlanmasına bir gün qalmış 3 futbolçunun keçidini birdən həll edir. Bu barədə klub prezidenti Ünal Aysal  “Hürriyet”ə açıqlamasında bildirib.

“Aslan” Tarık Çamdalıya görə “Əskişəhərspor”a 4.5 milyon və gənc üzvü Umut Gündoğanı verəcək. Dzemaili və Pandevə görə isə “Cim-Bom” “Napoli”yə 2 milyon 350 min avro öəyəcək. 

Hər üç futbolçu ilə bu gün müqavilə bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43