Ölkə futbolu

FLAŞ! “Xəzər Lənkəran”da Elias transferi qapandı – RƏSMİ – ÖZƏL

"Xəzər Lənkəran"ın transfer edəcəyi gözlənilən Elias Lənkərana gəlməyəcək.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu "Xəzər Lənkəran"ın ona təklif etdiyi yüksək şərtlərə belə "yox" deyib.

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçinin meneceri ondan gizli "Xəzər Lənkəran"la danışıqlar apardığını ötən gün sizə xəbər vermişdik. Məsələ burasındadır ki, futbolçunun özü ilə əlaqə saxlayan Cənub klubunun rəsmiləri onun təklif etdiyi şərtlərlə razı olduqlarını bildiriblər. Lakin Eliasın cavabı "yox"dan başqa bir şey olmayıb.

Bunu bizimlə söhbətində klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43