Ölkə futbolu

Foqts izlədi, “İnter” şou göstərdi

Hazırda  Türkiyədə  təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama oyununu keçirib.

"Bankirlər" Hollandiyanın "NWC Astern" klubu ilə qarşılaşıb.

Görüş "İnter"in 8:0 hesablı qələbəsi ilə başa çatıb.Komandanın heyətində Baçana Sxadadze(4), Mateya Şpiçiç, Migel Alvaro, İlqar Ələkbərov və Nurxan Mənsimzadə fərqləniblər.

Əlavə edək ki, oyunu izləyənlər arasında Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts da olub. Foqts oyunöncəsi "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb.

Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. Komandanın rəqibi  Almaniyanın “Holşteyn Kil” klubu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43