Ölkə futbolu

Mənsimov Dənizli ilə görüşdü: Cəld olun!

Antaliyada təlim-məşq toplanışı keçirən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Dünən axşam klub prezidenti Mais Mənsimov baş məşqçi Mustafa Dənizli ilə görüşüb.

Dənizli toplanışın ilk həftəsi çərçivəsində görülən işlər barədə Mənsimova məlumat verib. Hazırlığın gedişi ilə bağlı bəzi məsələləri diqqətə çatdıran klub prezidenti transfer çalışmalarını sürətləndirərək qısa müddətdə bitirməyi tələb edib.(12cioyuncu.info).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43