Ölkə futbolu

“Qəbələ” “Jetusi”dən futbolçu transfer etdi – ÖZƏL

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin baxışda olan bir futbolçunun oyununu bəyənib.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis tacikistanlı futbolçu Erqaş Davronun "Maltepespor"la oyunundakı çıxışından məmun qalıb və onunla çox güman ki, müqavilə imzalanacaq. 

25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacağı da əldə etdiyimiz məlumat içərisindədi. 

Qeyd edək ki, Davronun son klubu Qazaxıstanın "Jetusi" klubu olub. Tacikistan millisində 29 oyuna çıxan futbolçu burada 2 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43