Dünyadan

Foqtsun istefasına səbəb olan futbolçu “Real”ı şoka saldı

Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun əsas heyət üzvü Luka Modriç “Malaqa” ilə oyunda aldığı zədə ciddidi. 

Xorvatiyalı yarımmüdafiəçi tibbi müayinədən keçib. Zədəsinni ciddi olduğu müəyyənləşən Modriçin altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. O, cari mövsümün qalan oyunlarında “Real”a kömək edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Osiyek şəhərində keçirilən seçmə oyunda yığmamızı 6:0 hesabı ilə məğlub edən Xorvatiyanın qollarından birini Luka Modriç vurmuşdu. Məhz bu oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı Berti Foqts tutduğu baş məşqçi vəzifəsindən ayrılmaq istəyini dilə gətirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43