Kateqoriyasız

UEFA açıqladı: “Qarabağ” birinci, “Xəzər Lənkəran” dördüncüdü (SİYAHI)

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda 7 komandamız qərarlaşıb. 454 klubun cəmləşdiyi siyahıda yenilik yoxdu.

Komandalarımızdan ən yaхşı göstəriciyə “Qarabağ” malikdir. Ağdam klubu 11,500 xalla 151-ci pillədə qərarlaşıb.

“Neftçi” 181, “İnter” 269, “Xəzər Lənkəran” 296, “Bakı” 331, “Qəbələ” 358, AZAL isə  359-cu pillədə yer alıb.

Reytinq cədvəlinə  Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Azərbaycan klubları

151 “Qarabağ” – 11.500

181 “Neftçi” – 9.000

269 “İnter” – 5.000

296 “Xəzər Lənkəran” – 4.250

331 “Bakı” – 3.250

358 “Qəbələ” – 2.750

359 AZAL – 2.750


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43