Milli komanda

İSRAR DAVAM EDİR: AFFA-dan Ramil Şeydayevə növbəti təklif

AFFA  millimizdə oynaması üçün Sankt-Peterburq “Zenit”inin azərbaycanlı futbolçusu Ramil Şeydayevə yenidən müraciət edib.

İdmanxeber.com-un xəbərinə görə, Rusiyanın U-21 millisinin oyunçusu AFFA-dan təklif aldığını təsdiqləyib.

R.Şeydayev azerisport.com-a açıqlamasında millidə oynaması üçün ona yenidən müraciət edildiyini deyib.

Xatırladaq ki, AFFA daha öncə R.Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43