Kateqoriyasız

Arif Əsədov: “Yerli məşqçiləri qaralamısınız” – VİDEO

“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Qəbələ”yə məğlub olduqları oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında ona ünvanlanan suala əsəbləşib.

İdmanxeber.com-un məlumatına görə, jurnalistin “Vəli Qasımovun “Neftçi”yə idman direktoru təyin olunması sizi narahat etmir ki” sualı Əsədovu özündən çıxarıb.

Baş məşqçi media nümayəndələrini yerli məşqçilərə dəstək olmamaqda günahlandırıb: “Biz hələ Vəlini görməmişik. Niyə onun təyinatına narahat olmalıyam ki? Gəlin, reallıqdan danışaq. Hələ ki, mən vəzifəmin başındayam. Yerli məşqçilərimizə çox təzyiq edirsiniz. Cəmi 2-3 yerli məşqçimiz var ki, onları da qaralamısınız”.

A.Əsədovun bəzi fikirlərinin videogörüntüsünü təqdim edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43