İdman

“Formula-1″in 2017-ci il Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq

“Formula-1” maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

“Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək”, – deyə Rəhimov bildirib(“Report”).



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43