İdman

Fransa və İtaliyanın futbol əfsanələri arasında futbol matçı keçiriləcək

İyunun 17-də Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, bir çox ulduzların iştirak edəcəyi matç ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən və 86 nəfərin ölümünə səbəb olan terror aktının qurbanlarının xatirəsinə həsr ediləcək. Xeyriyyə matçına bilet satışından əldə ediləcək gəlir “Mələklərin gəzintisi” assosiasiyasına köçürüləcək.

Artıq bir sıra əfsanəvi futbolçular – Zidan, Pöti, Deşam, Qovu, Qallas, Vieri, Maldini, Barezi, Kostakurta, Del Piero Nitsadakı “Allianz Riviera” stadionunda keçiriləcək matçda iştiraklarını təsdiqləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43