Dünya futbolu

Ulduz futbolçu karyerasını başa vurur

“Bavariya”nın ulduz futbolçusu Xabi Alonso karyerasını başa vurmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə furbolçu şəxsi “twitter” hesabında məlumat yayıb. O, mövsümün sonunda karyerasını başa vuracağını bildirib.

“Mən futbolla yaşayırdım və onu sevirdim. Bağışla, gözəl oyun”.

Qeyd edək ki, Alonso karyerası ərzində “Real Sosyedad”, “Eybar, “Liverpul”, “Real” kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43