Dünya futbolu

Fransalı futbolçu öldürüldü

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Fransa mətbuatının yaydığı xəbərə görə,  “Sent Etyen” klubunun futbolçusu Vilyam Qomis güllələnərək öldürülüb. Hadisə Mer şəhərində olub.

Sentyabrın 9-dan 10-na keçən gecə baş verən atışmada Qomislə yanaşı 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Sent-Etyen”in B komandasında çıxış edən 19 yaşlı Vilyam Qomis klubun sabiq futbolçusu Bafetimbi Qomisin qohumudur.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43