Kateqoriyasız

“Futbol budur, belə olmalıdır” – Murad Musayev

Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Komandama təşəkkür edirəm. Sadəcə müsbət nəticəyə görə yox, uşaqlar əlindən gələni etdilər. Azarkeşlərə, futbol sevərlərə təşəkkür etmək istəyirəm. Bəlkə də, fanat sayında rekord oldu. Futbol budur, belə olmalıdır. Qol olmasa da, müasir futbolu meydanda gördük. Çalışmaq lazımdır ki, hər zaman belə oynayaq.

– Qələbəyə hansı komanda daha yaxın idi?

– Ümumi götürsək, heç-heçəni ədalətli sayıram. İlk və ikinci hissənin ortalarında üstünlük bizdi idi. İki topumuz tirdən qayıtdı. Sonlarına yaxın üstünlük “Qarabağ”a keçdi və yaxşı imkanlar əldə etdilər.

– Oyunda bu qədər fanatın olması komandaya necə təsir etdi?

– Azarkeşlərə görə oynayırıq. Bu qədər fanatın olmasına sevinirəm. Avrokubok oyunlarında elə olur ki, 30 min azarkeş gəlir. Azarkeş faktoru böyükdür.

– Qələbə üçün nə çatmadı?

– Realizasiya. Yaxşı qol imkanlarımız oldu, onlardan yararlana bilmədik.

– Çempionatının gedişində çempionluq uğrunda rəqabət daha da qızışa bilər?

– Məşqlərə köklənməliyik. Futbol elə bir şeydir ki, hər an hər şey dəyişə bilər. Zədələr müəyyən dərəcə təsir edə bilər. Biz matçlara köklənirik. Qarşıda kubok oyunumuz var.

– Bugünkü oyuna görə mükafat olacaq?

– Bilmirəm, bu haqda bir şey deyə bilərəm. Uşaqlar bu gün qələbəyə görə olan mükafatı alacaqlar.

– Rusiya mətbuatına açıqlamanızda demisiz ki, “Qarabağ” “Zenit”lə çempionluq uğrunda mübarizə apara bilər. “Sabah” necə, Rusiya Premyer Liqasında hansı yerlər üçün oynaya bilər? Qışda transferlər olacaq?

– Proqnoz vermək çətindir. Bu gün Rusiya Premyer Liqasında olan komandalarla mübarizə apara bilərdik. Qışda transfer etmək çətindir. Yaxşı variant olsa, fikirləşə bilərik.

– Oyundan sonra Qurban Qurbanovla nə danışdız?

– Qarşılıqlı hörmətimiz var. “Qarabağ”a hörmətim var, onlara qarşı oynadığım üçün şadam. O, “Sabah” haqda fikirlərini bildirdi, mən də “Qarabağ” haqda.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43