Kateqoriyasız

Futbol məşqçisi olmaq istəyənlərin nəzərinə!

Noyabrın 10-dan 20-ə dək, Ukraynanın Xmelnitski şəhərində UEFA B və A kateqoriyası stadardlarında futbol məşqçiliyi semminarları təşkil ediləcək. Tədbir Ukrayna Futbol Federasiyası, Xmelnitski Regional Futbol Federasiyası bayrağı altında keçirilir. Semminarlarda bir çox yerli futbol mütəxəssislərinin iştirakı nəzərdə tutulub. Bunlardan Vitali Kvartsyanı, İqor Yavorski, Vladimir Reva və Sergey Çabanın adlarını çəkmək olar.

Azərbaycanlı məşqçi namizədlərindən ibarət qrupun pedaqoji rəhbəri hazırda Xmelnitskinin “Podilya” klubunun baş məşqçisi postunda çalışan Asim İbrahimovdur.

İştirakçılar proqrama uyğun olaraq, Premyer Liqa və birinci dəstə klublarının məşq proseslərini izləmək, həmin klubların baş məşqçilərindən mühazirələr dinləmək imkanı da qazanacaqlar.

Semminarı  bitirən məşqçi namizədlərinə Ukrayna Futbol Federasiyası nəzdində UEFA C, B və A kateqoriyaları almaları üçün şərait yaradılacaq.

Maraqlananlar aşağıdakı əlaqə vasitəli ilə ətraflı məlumat əldə edə bilərlər:

Yerlər məhduddur.

Telefon / Viber:

+380 (98) 065 54 30

E-mail: [email protected]


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43