Kateqoriyasız

“Sumqayıt”dan xal almaq bizim üçün uğurdur” – “İnter”in baş məşqçisi

“Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Svanadzenin komandası bu gün Premyer Liqanın 8-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşıb və heç-heçə edib  1:1.

O, matçla daha sonra bunları deyib:

“Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43