Kateqoriyasız

Futbolda taktikanın önəmi – YAZI

Futbol hamının
sevdiyi, incələməyə çalışdığı idman növüdü
r. Əlbəttə, bu sevgi əbəs
deyil. İllərdir futbola baxan azarkeşin ən çox eşitdiyi sözlərdən biri də
taktikadı
r. Taktiki analizlər, sxemlər o qədər müzakirə mövzusu olur ki…

 

Futbolda məşqçinin,
onun seçdiyi taktiki planın önəmi haqqında müxtəlif fikirlər var. Məsələn, Pep
Qvardiolanın “Barselona”sı haqqında deyirdilər ki, bu komanda məşqçisiz də uğur
qazanar. Pepin gedişi fonunda zəifləyən “Barselona” isə bu fikirləri alt-üst
etdi. Haynkesin “Bavariya”sı haqda da eyni fikirlər səslənməkdəydi. Pepin alman
maşınının sükanı arxasına keçməsiylə oyun üslubunun qismən dəyişməsi nəticələrə
təsir etməsə də, oyun baxımından fantastik fərqlər ortaya qoydu.

 

“Matçları taktika qazanmır”

 

Yuxarıdakı fikrin müəllifi
Harri Redknapdı
r. “Tottenhem” klubuyla cüzi də olsa uğurlara imza atan bu şəxs uzunmüddətli
müzakirələrə səbəb olacaq bu cümlə ilə qeyri-ciddi qarşılandı. Buna baxmayaraq,
onu dəstəkləyənlər də az deyil. Arqumentlər isə həmişə var. Bu fikrin müdafiəçiləri
uzaq olmayan keçmişə səyahət edir, ulduzlarla zəngin klubların sadəcə
futbolçuların fərdi ustalığı hesabına qalib gəldiklərini bildirirlər. 1970-ci
il Braziliyası nümunəsində deyilənlərlə qismən razılaşmaq olar. Heyətində
fantastik futbolçuları cəmləşdirən “sambaçılar” meydanda istədiklərini ediblər
və nəticə göz qabağındadı
r. Avropa çempionu olan Yunanıstan seçməsinin
oyununda taktiki elementlər axtarmaq sadəlövlük olardı. Misallar çəkib
detallara varmaq da olar. Amma bu fikri çox ciddiyə almadığım üçün bundan yan
keçirəm.

 

Yunanıstan və “Portu” fərqi

 

Futbol komanda oyunu
olmaqdan fərdi bacarıqların qabarmasına keçid alırdı. Bu proses uzun illərdir
davam edirdi və məzmun baxımından maraqsızlıq sezilirdi. Hansı komandanın heyətində
ulduzlar varsa, o da qalib gəlir və bunu çox asanlıqla edirdi. Sensasiyalar çox
az idi. Futbol az qala yenidən 9 hücumçulu sistemə keçirdi. Belədə ilk
alternativ zəif rəqiblərin böyük ölçüdə geriyə çəkilməsi, kompakt müdafiəyə
keçməsi olurdu. Yunanıstanın çempionluq qazanmasıyla məşqçilər prinsipial dəyişikliklərə
əl atmalı oldular.

Paralel olaraq
Portuqalayanın “Portu” klubu gözlənilmədən Çempionlar Liqasının qalibi olur.
Ancaq ortada dağlar qədər fərq var. Mourinyonun komandası bəlli oyun üslubuyla
meydana çıxır, qazanmaq üçün mübarizə aparır və boşluq buraxmadan boşluq
tapırdısa, Yunanıstan seçməsində hər şey şansdan asılı vəziyyətdə idi. İlkin
tapşırıq qol buraxmamaq, matçın sınma nöqtəsinə qədər rəqibi yormaq və əks
hücumlardan maksimum yararlanıb uğur qazanmaq.

Mourinyo klassik
ingilis futboluna oxşar tərzdə oyun sərgiləyirdi. Cinahların aktivliyi az qala
hər matçda sezilirdi. Eyni zamanda, hücum zamanı itirilən topların  müdafiəyə çatmamış yenidən qazanılması üçün
işlək dayaqlar öz sözünü deyirdi.

Əlbəttə, iddia etmək
olar ki, əks hücumlarda nəticəyə nail olmaq da böyük üstünlükdü və bunu hər
komanda bacarmır. Bəli, bununla razılaşmaq olar, amma azarkeş üçün baxımlılığın
önəmini nəzərə alsaq, Yunanıstan bu mübahisədən aşkar məğlub çıxar.

 

Mourinyo erası

 

Mourinyo “Portu” ilə
uğurları sıralayandan sonra “Çelsi”dən dəvət alır. Dünya futbolunda artıq öz
üslubunu formalaşdıran çalışdırıcı məhz bundan sonra futbol tarixinə imzasını
vurmaq üçün hərəkətə keçir. Buna qədər 4-3-3 taktiki sxemi “ölü” sayılırdı və
tarixə qovuşmuşdu. Mourinyo kiçik dəyişikliklərlə bu sistemi geri qaytardı. İrəlidəki
hücumçulardan ikisini yarımmüdafiəyə yönləndirmək, dayaqları yenidən
formalaşdırmaqla o, yeni plan cızmış oldu. Sonradan bu sxem dəfələrlə dəyişdi.
4-3-2-1, 4-2-3-1 sxemi isə indiyə qədər də ən ideal taktiki düzülüş sayılır.
Oynaq sistem oyun zamanı da öz işini görürdü. Mərkəzdə dayaqların yaratdığı
“ölüm üçbucağı” rəqib həmlələrini doğulmamış dəf edir, yay kimi dartılan cinah
müdafiəçiləri hücum zamanı vinqer funksiyasını yerinə yetirirdilər. Top itirilən
kimi yay qayıdır və yenidən sol və sağ beklər öz mövqelərində görünürdülər. Belədə
cinah yarımmüdafiəçiləri mərkəz zonasındakı say üstünlüyünü qola çevirməyə
çalışırdılar.

4-2-3-1 taktiki sxemi
2010-cu il Dünya Çempionatında əsas düzülüş oldu. Belədə Ronaldu, Runi, Messi,
Torres və digər oyunçuların oyundakı rolu minimuma enmişdi. “Real Madrid”də
olarkən Mounun ulduz həmyerlisi ilə mübahisələri barədə xəbərlər də əbəs yerə
yayılmırdı. Futbol yenidən individual bacarıqlıların oyunundan komanda oyununa
geri dönürdü.

Mourinyonun bu və ya
digər dəyişiklikləri futbol tarixində yeni era sayıla bilər və mən əminəm ki, gələcəkdə
futbol mütəxəssisləri bunu məhz bu cür qiymətləndirəcəklər.

 

MVP triosu

 

Futbolda taktiki əhəmiyyət
təkcə Mourinyo ilə inkişaf etmirdi. Bütün çalışdırıcılar öz bacarıqlarını bu işə
yönəldir və nəticədə mükəmməl mübarizə mühiti yaranırdı. Proses bu gün də davam
edir. Yəqin ki, hər biriniz MVP triosunu yaxşı xatırlayırsız. Messi, Vilya və
Pedro üçlüyünün rəqib üçün arzuolunmaz olması heç kimə sirr deyil. Amma ona qədər
3 hücumçulu futbol çoxlarına sadəcə ağılsızlıq kimi gəlirdi. Onu da qeyd etmək
lazımdı
r ki, trio üçbucaq formasında idi və hücumçulardan yalnız biri həqiqi
forvard funskiyasını yerinə yetirirdi. Üstəlik, bunun hər hücum zamanı dəyişməsi
rəqibi çaş-baş salırdı.

 

Yekun

 

Redknap və onun kimi
düşünənlər iddia edirlər ki, bəzi çalışdırıcılar əllərində kağız parçalarıyla
ona görə gəzir və qeyd aparırlar ki, kənardan onların oyuna müdaxiləsi
görünsün. Ferqüsson da bu fikirləri qismən təsdiqləyir. O, əvvəlcə dua, daha
sonra yaxşı oyunçular hesabına nəticə qazanmaqdan danışır. Onların fikrincə, məşqçinin
oyuna müdaxilə faizi 10-u keçmir. Qalan 90% birbaşa futbolçulardan asılıdır. Məncə,
bu, məğlubiyyətlər üçün əla sığortadı
r. Mourinyo isə əfsanəvi
fikriylə bu kimi söhbətlərin üzərindən çarpaz xətt çəkir: “Qələbəni futbolçular
qazanır, məğlubiyyəti məşqçilər”.

Təsəvvür edək ki,
taktiki düzülüş ya yoxdur, ya da formaldır. Rəqib əks-hücuma keçir və sol cinah
yarımmüdafiəçisi mövqeyində yoxdur. Onu kimin sığortalayacağı məlum olmadığı
üçün vəziyyət qarışır. Bir neçə futbolçunun sol cinaha keçidiylə sağda yaranan
boşluğun qolla tamamlanması adi bir ötürmədən asılı olmazmı? Heç bir döyüşü plansız,
strategiya və taktikasız qazanmaq olmaz. Nəticədə, futbol bir komanda oyunudu
r. Siz
hansısa idarədə iş bölgüsü doğru olmadığı halda uğur qazanılacağına inanırsız? 

Elvin CanTuran, idmanxeber.com saytı üçün


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43