Kateqoriyasız

Futbolpress.az fəaliyyətini bərpa elədi

İyunun 20-dən fəaliyyətini  dayandırmış “Futbolpress.Az”  saytı bu gün işi  bərpa edib. Bəs bu qədər müddət “offline” olmağın səbəbi nə idi?

Saytın təsisçisi və baş redaktoru Elçin Cəlilov deyir: “Biz ölkə mediasının mövcud vəziyyətini bilirik. “FutbolPress” də müstəqil KİV-lər kimi tez-tez müxtəlif çətinliklərlə üzləşir. Onlardan biri də həmişəyaşıl  maddiyyat problemidir.

Saytı uzun müddət sırf öz maddi imkanlarımla, belə deyək, saxladım. Sonra vəziyyət ağırlaşdı və işçinin maaşını verə bilməyincə, məcburən fəaliyyət dayandırıldı. Bir az da öz səhhətimdə yaranan problemlər işi davam etdirməyə imkan vermədi.

Şükür ki, indi salamatlıqdır və mən fikirləşirəm ki, sayt fəaliyyətini bərpa eləməlidir. Buna ən azı, çoxsaylı oxucu marağını nəzərə alaraq, etmək həvəsindəyik.

Çalışacağıq ki, bütün çətinliklərə baxmayaraq, 6 illik fəaliyyəti ilə gündəmdə olmuş bu sayt bundan sonra dayanmadan çalışsın.

Yenə operativ xəbər  və obyektiv məqalələrimizlə tanış ola biləcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43