Kateqoriyasız

Futbolumuzun mahir bənnası (QEYD)

Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov yenə "malalamaq"la məşğuldu. "Kvadratını" neçədən vurur deyə bilmirəm, yeganə bildiyim şey odur ki, o, mahir bənnadı.

Məmmədov "Sumqayıt" – "Xəzər Lənkəran" matçını idarə etmiş Elvin Əsgərovun viran qalan "binası"nın təmirini öhdəliyinə götürüb. 

Turun bərbad idarəçiliyi Sumqayıtda oldu desək yanılmarıq. Səhvləri bilərəkdən sıralayan Əsgərovun bu biabırçı idarəçiliyini ört-basdır etmək üçün HK sədri yenə sinəsini qabağa verib, ağzına nə gəldi danışır. Açığı adətkar olmuşuq, vərdiş etmişik. İlk belə deyil ki… Deyir, hakim səhv etmir ancaq baxırsan neçə tur həmin hakimə oyun həvalə olunmur. Dildə başqa, əməldə bir başqa… 

Anlamaq həm çətindi, həm də asan. Çətindi ona görə ki, hər kəsin görə biləcəyi epizodlarda hakim səhv edə başqanı da bu rüsvayçılığa don geyindirə. Özü də necə lazımdırsa. Yəni bunu görmək üçün bir göz belə kifayət edər. Hələ sən epizodlara təkrar-təkrar baxdıqdan sonra müdafiəedici açıqlamalar verəsən və konkret üzə durasan… 

Asandı ona görə ki, pulu burdan çıxır. Usta adamdı, "kvadrata" işləyir. "Xəzər Lənkəran"a görə çörəyindən olası deyil ki?

Bol elə hocam, palçığın sementini bol elə. Hələ çal-çağır qarşıdadı.

Səxavət

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43