Kateqoriyasız

Məhkəmə qərarını açıqladı: “Neftçi” azarkeşinə 5 sutkalıq həbs

Xəbər verdiyimiz kimi, ötən gün “İnter” – “Neftçi” matçından sonra komandasının məğlubiyyətini həzm edə bilməyən, klub futbolçularına etiraz etmək üçün meydana girən “Neftçi” azarkeşi Nurlan Əzizin saxlanılaraq, bölməyə aparılıb.

İdmanxeber.com-a verilən məlumata görə, bu gün həmin “Neftçi” azarkeşinin məhkəməsi oldu. 

Paytaxt klubunun azarkeşi Nizami rayon məhkəməsinin az öncə çıxardığı qərara əsasən 5 sutkalıq həbsə məruz qalıb..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43