Ölkə futbolu

“Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik“ – Ayxan Abbasov

“Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. “Sabah”a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 29-cu turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra komandasının avrokuboklara qatılma şansını dəyərləndirib:

”Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43