Ölkə futbolu

Renduliç: “Lazımsız fouldan sonra qol buraxdıq”

“Turan Tovuz”u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 29-cu turunun “Turan Tovuz”la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Tovuzdakı atmosfer barədə də fikrini bildirib:

“Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43