Dünyadan

“Golden Boy” mükafatının qalibi müəyyənləşib

“Tuttosport” nəşrinin təsis etdiyi “Golden Boy” mükafatının qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu mükafat “Bavariya”nın gənc ulduzu Renato Sanşeşə təqdim olunacaq. Qalib 30 jurnalistin səsverməsi nəticəsində seçilib. Portuqaliyalı yarımmüdafiəçi Markus Reşford və Kinqsli Komanı qabaqlayıb. İlk onluqda yer alan yeganə italyan Canluici Donnarummadır. Qeyd edək ki, ötən il bu mükafata Antoni Marsial sahib çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43