Dünyadan

“Qızıl top”a namizədlər açıqlandı – İLK BEŞLİK

“Qızıl top”a namizədlərin ilk siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “France Football” 2016-cı ilin ən yaxşı futbolçusu adına ilk 5 iddiaçını müəyyənləşdirib.

30 oyunçunun yer aldığı siyahının ilk “beşliy”ində portuqaliyalı Kriştianu Ronaldo, argentinalı Serxio Aquero, qabonlu Pyer-Emerik Obameyanq, uelsli Qaret Beyl və italiyalı Canluici Buffon yer alıb.

Digər namizədlərin adının da gün ərzində açıqlanması nəzərdə tutulur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43