Ölkə futbolu

Güvənç Kurtar Türkiyə mətbuatına danışdı: “5-6 klubda verilən maaşlar yaxşıdır”

"Azərbaycanda yüksək səviyyəli bir neçə klub var. Çempionatda çox yaxşı futbolçular oynayır. Türkiyə superliqasında çıxış edə biləcək gücdə futbolçular var.  İtaliya A seriyasında, Braziliyada oynamış oyunçular hazırda futbolçu karyeralarını Azərbaycanda davam etdirirlər".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənç Kurtar deyib.

"Aslanlar"ın çalışdırıcısı burada futbolçuların qazancından və yay fasiləsində edə biləcəyi transferlərdən danışdı: 

"5-6 klubda verilən maaşlar yaxşıdır. Bir sözlə, buradakı oyunçuların aldığı məvacib Türkiyədə futbolçuların qazandığı pula çox yaxındır. Hələlik Türkiyədən futbolçu transfer etməklə bağlı bir fikrim yoxdur. Hazırkı heyətlə nələr edə bilərik, onu düşünürəm. Qarşıda Azərbaycan kubokunda matçımız var. "Neftçi" kimi güclü və səviyyəli bir rəqiblə oynayacağıq. Bu səbəbdən transfer düşünmürəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43