Dünya futbolu

Həftənin ən yaxşısı adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

İdmanxeber.az məlumat verir ki, yenə oyunların ən yaxşısı olanlar həm də həftənin birincisi olmaq üçün mübarizə aparacaq. Bu ada “Mançester Siti”dən Fil Foden, “Arsenal”dan Martin Edeqor, “Barselona”dan Rafinya və “Atletiko”dan Antuan Qrizmann namizəddir.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43