Ölkə futbolu

Andrey Lunyov: “Qarabağ” Rusiya çempionatında asanlıqla oynaya bilər”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın “Известия” nəşrinə müsahibə verib

– Klubdakı çətin qrafikdən qeyri-rəsmi oyunlar üçün milli komandaya səfər etmək nə dərəcə maraqlıdır?

İndi məni qətiyyən heç nə narahat etmir. Çünki “Qarabağ”la sentyabrdan dekabra qədər demək olar ki, ancaq sıx qrafiklə mübarizə aparmışıq. Üç-dörd gündən bir çətin görüşlərimiz olurb. Yanvarın sonundan indiyə kimi eyni qrafiklə davam etdik. Əvvəlcə Avropa Liqasının qrup mərhələsində, daha sonra pley-offda iştirak belə sərt qrafik tələb edirdi. Mən buna öyrəşmişəm, ona görə də milli komandaya dəvət almaq məni fiziki cəhətdən qətiyyən zəiflətmir. Təqvimin belə sıxlığı sayəsində yaxşı formada qalmışam. 

– Azərbaycanda mart ayında meydançaların durumu necədi?

Qazonlarda qışdan sonra müəyyən qədər fərq olur. Amma yenə də durum o qədər pis deyil.

– Bakıda Hava Moskvadan daha istidir?

Orada hələ də külək var. Temperatur 20 dərəcənin üstündə deyil. Amma tezliklə istilər başlayacaq.

– “Qarabağ”la Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”i məğlub etməyə yaxın idiniz. Sanki sən də sabiq klubuna özünü sübut etmək istəyirdin…

Kiməsə nəyisə sübut etmək niyyətində deyiləm. Belə motivasiyam yox idi. Avropa Liqasında irəliləmək və məqsədə çatmaq üçün köklənmişdim. Bunu etmək istədik, amma təəssüf ki, alınmadı.

– “Qarabağ” Azərbaycan çempionatında böyük fərqlə üstündür. Klubunuz Rusiya Premyer Liqasında nəyə nail ola bilər?

Uzaqdan müqayisə etmək çətindir. Amma “Qarabağ”ın Avropa Liqasının pley-off oyunlarını götürsək, Rusiya çempioantında asanlıqla çıxış edə bilər.  Nəticənin necə olacağını deyə bilmərəm. Ancaq komanda liderlərə qarşı yaxşı mübarizə ortaya qoya bilər. Oynadığımız futbola baxsanız, başa düşəcəksiniz ki, bacarırıq.

– Necə oldu ki, bu mövsüm Avropa Liqasında çətin qrafikə rəğmən, mart ayından ölkə çempionluğunu təmin etdiniz?

Bu, düzgün yanaşma ilə bağlıdır. Hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılır. Və bu, çətin cədvələ və digər məsələlərə baxmayaraq belə olur. Bir çox rəqib buna hazır deyildi. Məşqçilər korpusunun düzgün sözləri və motivasiyası, heyətin genişliyi və səriştəli yanaşma da öz təsirini göstərdi. Həkim heyətinin məşqçilərlə birgə əməyini də qeyd etmək lazımdır. Onlar bizi bacarıqla hər matç optimal vəziyyətə salırlar. Futbolçuların özlərinin peşəkarlığından, məsələyə münasibətimizdən də deməliyik. Hər oyuna motivasiyalı, yalnız qələbə arzusu ilə çıxmışdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, nəticələrdə rəqiblərin problemləri də rol oynayıb. Çempionatın son oyunlarında mümkün qədər çox xal toplamağa çalışacağıq. Eləcə də hələ qarşıda “Neftçi” ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu var.  Mövsümü iki kubokla başa vurmaq əla olardı.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43