Ölkə futbolu

“Hələ elə də qoca deyiləm” – Maksim Medvedev

“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur. 13 ildir eyni komandada çıxış edirəm və çox sevindirici bir haldır”.

İdmanxeber.az klubun rəsmi feysbuk səhifəsinə istinadən bildirir ki, bu sözləri ötən gün “Qarabağ”  heyətində 400-cü oyununa çıxan Maksim Medvedev deyib. Təcrübəli futbolçu simvolik formanı özünə övladlarının təqdim etməsinin onun üçün sürpriz olduğunu bildirib:

“Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm(gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43