Kateqoriyasız

Hacıbala Abutalıbov: “Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram”

“Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram”.

İdmanxeber.com-un məlumatına görə, bunu anspress-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

H.Abutalıbov dünya çempionatında azarkeşlik edəcəyi yığmanın da adını açıqlayıb: “İşlə əlaqədar dövlət tədbirləri və sair olmadığı təqdirdə dünya çempionatının bütün oyunları izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, “Qarabağ”ı sevirəm, sonda isə “Neftçi”ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdir. “Dinamo Kiyev” də həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna imkan verməyəcəyini düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43