Kateqoriyasız

Hafiz Məmmədov “Atletiko” – “Real” matçında – FOTO

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov və icraçı-direktor Yaşar Seyidov bu  gün İspaniya La Liqasında 26-cı turunda keçirilən “Atletiko” – “Real” oyununu stadiondan canlı izləyib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılan “Atletiko”nun bu 2:2 hesabı ilə yekunlaşıb.

İspaniyaya səfəri çərçivəsində Hafiz Məmmədov bir sıra vacib görüşlər keçirib. O, “Atletiko” (Madrid) klubunun rəhbərliyi ilə görüşdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. İspan klubunun rəsmiləri və fəxri qonaqlardan olan tanınmış futbolçu Radomel Falkao Azərbaycan xalqına başsağlığı verib. Hafiz Məmmədov həmçinin İspaniyanın Madrid regionunun rəhbəri İqnasiyo Qonzales və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevlə də görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43