Dünya futbolu

Hakim matç zamanı futbolçunu ölümdən xilas etdi – VİDEO

Argentina dördüncü divizionu çərçivəsində keçirilən "San-Migel" – "Defensores Unidos" matçının hakimi Yael Falkon Peres bu oyun zamanı meydan sahiblərinin futbolçusu İsaias Olariaqanın həyatını xilas etməklə qəhrəmana çevrilib.

Matçın əvvəlində Olariaqa rəqib futbolçu ilə hava mübarizəsi zamanı başından aldığı zərbə nəticəsində yerdə qalıb. Hadisə nəticəsində qıcolma yaşayan oyunçuya məhz hakim ilkin yardım göstərib.

Falkon Peres hadisəni belə xatırlayır: "San-Migel"in futbolçusunun konvulsiyada (qıcolma) olduğunu gördüm. Adətən, belə hallarda ölümün əsas səbəbi dil qatlanması olur. Mən də onun dilinin qatlanmasının qarşısını aldım, daha sonra isə həkimlər lazım olan müdaxiləni etdilər".

Təcili tibbi yardım maşını ilə xəstəxanaya götürülən futbolçunun həyati təhlükəsinin qalmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43