Kateqoriyasız

“Hakimdən soruşdum ki, indi nə olacaq?” – Medina

“Görüşün əvvəlində qol vurduq, amma qeydə alınmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadınız? O da epizodu görmədiklərini bildirdi. Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiniz? Hakim epizodun təkrarına baxdığını dedi. Yenidən soruşdum ki, indi nə olacaq? Əlindən bir şeyin gəlmədiyini bildirdi. Hakimə dedim ki, qolu hesaba alsaydız, matç tamam başqa məcrada keçərdi və özümüzə inam artardı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

Kolumbiyalı oyunçu pley-off mərhələsindəki şanslarından da danışıb: “Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma “Qarabağ” olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimin çıxaracağını görəcəyik”.

Qeyd edə ki, xorvatiyalı baş hakim Fran Yoviç 2-ci dəqiqədə Abdullah Zubirin qolunu qeydə almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43